Suraxanı Rayon icra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və ədliyyə Nazirliyinin dəstəyi ilə “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Bu barədə məlumatı Suraxanı rayon Qaraçuxur bələdiyyəsi yayıb. Tədbirin birinci mərhələsi Suraxanı rayon Heydər əliyev Mərkəzində, ikinci hissəsi isə Qaraçuxur bələdiyyəsinin inzibati binasında keçirilib.
Məlumatda qeyd edilir ki, tədbirdə Suraxanı rayon icra Hakimiyyəti başçısının müavini Rəşad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Hafiz əliyev, professor Rəna Mirzəzadə rayonun bələdiyyə, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, ictimai birliklərin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözüylə Suraxanı rayon icra Hakimiyyəti başçısının birinci müavini Rəçad Hacıyev açaraq layihənin məqsədi barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva təqdimatla çıxış edib. Natiq çıxışında “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirilən tədbir haqqında ətraflı məlumat verib və bildirib ki, bu gün cəmiyyətimizdə bu mövzu olduqca əhəmiyyət kəsb edir.
Tədbirdə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Hafiz əliyev, professor Rəna Mirzəzadə, Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov, “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” ictimai birliyinin sədri LyüdmilaXəlilova çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıaran suallar cavablandırılıb.
***
Tədbirdə Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov çıxış edib. Bələdiyyə sədrinin çıxışının mətnini olduğu kimi təqdim edirik:
“Bu gün bütün sahələrə olduğu kimi bu sahəyə də dövlət diqqəti var. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi, bu istiqamətdə həyata keçirilən layihələr və dövlət proqramları bunun bariz nümunəsidir. insanların sosial rifahının, ailə vəziyyətinin yaxşılaşdırılması dövlətin proritet məsələlərindən biridir.
Bu istiqamətdə həyata keçirilən layihələrdən də biri “Ailə Akademiyası” layihəsidir. Ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilib. Artıq 7 aprel 2017-ci il tarixində Binəqədi rayon icra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının binasında Binəqədi rayonu üzrə açılış tədbiri keçirilib.
“Ailə kiçik bir dövlətdir” – boş yerə deyilmiş bir söz deyil. Təbii ki, ailədə problemlər olur və olmalıdır. Qadın və kişi münasibətlərində müxtəlif fərqlər ola bilər. Hər bir insanın xarakteri fərqlidir. Hər bir insanın düşüncə tərzi fərqlidir. Qadın və kişi öz aralarında olan problemi həll edərkən bir-birlərinə güzəştə gedə bilməyi bacarmalıdırlar.
Ailədə problemlərə səbəb olan faktorlar müxtəlifdir. şəxsiyyətlərin fərqli olması, uşaq sahibi olunacağı mövzusunda cütlüklər arasında anlaşılmazlıqlar, iş həyatının sıx olması, maddi vəziyyətin pis olması və sairə bir çox sahədə fikir ayrılığı ortaya çıxaran əsas faktorlardandır.
Ailə hər insanın zənginliyidir. Ailəni qurmaq deyil, onu qorumaq gərəkdir. Ailə iki nəfər arasında olan sevgi, hörmət, düzgünlük əsasında qurulmalıdır. Necə gəldi qurulan ailələrin sonu yaxşı olmur. Ailə sözünün deyil, ailə yükünün ağırlığını çəkə bilmək lazımdır. Ailə qurarkən gəncləri məcbur etməməliyik. Hər kəs müəyyən yaşa gəldikdə ailə qurmaq istəyir. Bu zaman onlar valideynlərinin məsləhətinə qulaq asaraq və ya öz seçdikləri biri ilə ailə həyatı qura bilməlidir.
Bu barədə çox danışmaq mümkündür. Məndən əvvəl çıxış edən məruzəçilər və çıxışçılar sizlərə geniş məlumat verdilər.
Biz də Qaraçuxur Bələdiyyəsi olaraq daima dövlətin prioritet hesab etdiyi sahələri diqqətdə saxlayırıq və dəstəkləyirik. Həmçinin bu layihəni davamı olaraq daima bələdiyyəmizdə bu tipli tədbirlər keçirəcəyik.
Son söz olaraq yenidən diqqətinizi “Ailə kiçik bir dövlətdir”məsəlinə yönəldərək hər birinizə öz dövlətinizin təməlini möhkəm saxlayıb qorumağı arzulayıram.”
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|